Orban: Aİ və Ukraynanın yeni planı Macarıstana qarşı müharibə elanıdır

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı və Ukraynanın təşəbbüsü ölkəsinə qarşı siyasi təzyiq aləti kimi istifadə olunur. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Aİ və Ukrayna Macarıstan hökumətini istənilən vasitə ilə devirmək niyyətindədir. Orban bu fikirləri çıxışı zamanı səsləndirib və rəsmi Budapeştin milli maraqlardan geri çəkilməyəcəyini vurğulayıb.
Baş nazirin açıqlaması Macarıstanın Ukraynaya dəstək paketi, sanksiya siyasəti və Aİ daxilindəki siyasi gərginlik fonunda verilib. Son aylarda Budapeşt ilə Brüssel arasında münasibətlər xüsusilə maliyyə mexanizmləri və qərarların veto hüququ məsələsində gərgin olaraq qalır.
Qeyd edək ki, Macarıstan rəhbərliyi Ukrayna ilə bağlı bir sıra Aİ təşəbbüslərinə ehtiyatlı və ya tənqidi yanaşma sərgiləyir.