11 fevral

Maaşlar 9,3% artdı – kimlər daha çox qazanır?

 Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 808 min nəfərə çatıb.

Təhlil.az xəbər verir ki, ilkin məlumatlara görə, onların 865,8 mini dövlət sektorunda, 942,2 mini isə özəl sektorda çalışır.

Beləliklə, qeyri-dövlət sektoru artıq məşğulluqda üstünlük təşkil edir.

Ən çox çalışanlar ticarət və avtomobil təmiri sahəsindədir - ümumi muzdlu işçilərin 18,6 faizi bu istiqamətdə fəaliyyət göstərir.

Təhsil sahəsi 18,1 faizlə ikinci, sənaye isə 13,8 faizlə üçüncü yerdədir.

Səhiyyə və sosial xidmətlər 8,5 faiz, tikinti 6,6 faiz, dövlət idarəetməsi və müdafiə 6,2 faiz paya malikdir.

Orta aylıq əməkhaqqına gəlincə, 2025-ci ilin ilkin nəticələrinə əsasən maaşlar 9,3 faiz artaraq 1102,9 manata yüksəlib.

Ən yüksək maaş mədənçıxarma, maliyyə və sığorta, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb. Bu göstəricilər göstərir ki, əmək bazarında həm sektor bölgüsü, həm də maaş artımı istiqamətində dinamika davam edir

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?