11 fevral

Artıq kompüterdən də "WhatsApp" zəngi etmək mümkün olacaq

WhatsApp-da istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiya istifadəyə veriləcək.

Təhlil.az xəbər verir ki, "WhatsApp" istifadəçiləri artıq proqramın veb-versiyası vasitəsilə kompüter brauzerlərində səsli və video zənglər edə biləcəklər.

Daha əvvəl bu funksiyalar yalnız mobil və masaüstü tətbiqlərdə mövcud idi.

Hazırda yenilik hamı üçün aktiv deyil və yalnız beta-versiyada əlçatandır.

İlkin mərhələdə istifadəçilər ayrıca proqram quraşdırmadan brauzer üzərindən şəxsi çatlarda zəng edə biləcəklər.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?