11 fevral

Rusiya Norveçin bir hissəsini ələ keçirə bilər?

Norveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Eirik Kristoffersen "The Guardian" nəşrinə verdiyi müsahibədə olduqca ciddi bir xəbərdarlıq edib. General bildirib ki, Norveç Rusiyanın ölkə ərazisinin bir hissəsini ələ keçirməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, Moskvanın əsas məqsədi Kola yarımadasındakı nüvə obyektlərini qorumaq üçün bu strateji zonada təhlükəsizlik qurşağı yaratmaq ola bilər. Kristoffersen qeyd edib ki, bu, Ukraynadakı kimi bir işğal ssenarisi olmasa da, nüvə arsenalının təhlükəsizliyi faktoru şimal sərhədlərini hərbi cəhətdən çox həssas və riskli edir.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?