11 fevral

Vəfat edən şəxsin pensiya pulu ailəsinə qalırmı? - AÇIQLAMA

Vəfat etmiş şəxsin illərlə topladığı pensiya kapitalının ailə üzvlərinə verilib-verilməməsi cəmiyyətdə ən çox müzakirə olunan sosial məsələlərdən biridir.

Təhlil.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında sözügedən məsələ ilə bağlı dünyada əsasən iki modelin tətbiq olunduğunu bildirib.

Onun sözlərinə görə, birinci model dövlət təminatlı sistemdir:

"Bu halda vətəndaşın ödədiyi sosial sığorta haqları ümumi fonda toplanır və pensiya yaşına çatdıqdan sonra aylıq ödəniş şəklində verilir. Şəxs vəfat etdikdə isə yığılan vəsait miras kimi ailəyə ötürülmür. Hazırda Azərbaycanda da bu model tətbiq olunur. Bununla yanaşı, dəfn pulu və ailə başçısını itirməyə görə pensiya kimi sosial mexanizmlər mövcuddur". 

İkinci model isə fərdi yığım fondları üzərində qurulduğunu dilə gətirən ekspert qeyd edib ki, bu sistemdə vətəndaşın adına ayrıca fond yaradılır və toplanan vəsait birbaşa ona məxsus olur: 

"Ən mühüm fərq ondan ibarətdir ki, şəxs vəfat etdikdə fonda yığılmış məbləğ varislərə miras kimi ötürülə bilər. Bu model İsveçrə və bəzi digər ölkələrdə tətbiq edilir". 

 Azərbaycanın hazırkı maliyyə şərtlərində mövcud sistemdən tam fərqli modelə keçid real görünmür. Bununla belə, sosial ədalət baxımından vətəndaşın illərlə ödədiyi vəsaitin pensiya yaşına çatmadan “itməsi” mübahisəli məsələ olaraq qalır. Gələcəkdə qanunvericilikdə müəyyən dəyişikliklərin və pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsinin müzakirə oluna biləcəyi istisna edilmir. 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?