Zelenski müharibənin ildönümündə tarixi addım ata bilər

Ukrayna rəhbərliyi ölkənin gələcək taleyini müəyyən edəcək böyük siyasi proseslərin astanasındadır.
Təhlil.az xəbər verir ki, rəsmi Kiyev həm prezident seçkilərinin keçirilməsi, həm də Rusiya ilə imzalanması ehtimal olunan sülh sazişi üzrə ümummilli referendumun təşkili üçün ciddi hazırlıqlara başlayıb.
Mənbələrin bildirdiyinə görə, hər iki mühüm səsvermənin cari ilin 15 may tarixinədək reallaşdırılması planlaşdırılır.
Bu prosesdə ən diqqətçəkən məqamlardan biri isə Prezident Volodimir Zelenskinin bu qərarları müharibənin başlanmasının ildönümündə, yəni 24 fevral tarixində rəsmən elan edə biləcəyi ilə bağlıdır.
Beləliklə, Ukrayna həm daxili siyasi rəhbərliyini yenidən formalaşdırmaq, həm də xalqın sülh şərtlərinə dair birbaşa rəyini öyrənməklə müharibədən sonrakı dövrün hüquqi və siyasi təməllərini atmağı hədəfləyir.