10 fevral
Simonyan Rusiyanın TRIPP layihəsində iştirakını nəzərdə tutmur

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan növbəti dəfə bəyan edib ki, Rusiyanın TRIPP layihəsində iştirakını nəzərdə tutmur. Təhlil.az xəbər verir ki, Simonyan bu layihənin sırf Ermənistan-ABŞ təşəbbüsü olduğunu vurğulayıb.
Spikerin sözlərinə görə, Ermənistan ərazisində hərəkət TRIPP çərçivəsindən kənarda da mümkündür. O qeyd edib ki, rəsmi Moskva istəyərsə, layihənin digər istiqamətlər hesabına genişləndirilməsini təklif edə bilər. Simonyan bənzər mexanizmlərin uzun müddətdir müzakirə edildiyini, lakin ABŞ ilə bu layihənin reallaşmasının məhz prezident Donald Trampın sülh prosesi çərçivəsində mümkün olduğunu bildirib.
Bu gün