10 fevral
Şahbaz Şərif Qəzza Sülh Şurasının ilk iclasında iştirak etməyə hazırdır

Şahbaz Şərif 19 fevralda Vaşinqtonda keçiriləcək Donald Trampın Qəzza Sülh Şurasının ilk iclasında iştirak etməyə hazırdır.
Təhlil.az "Geo News"a istinadla xəbər verir ki, "Pakistan hökuməti Qəzza Sülh Şurasına Baş nazirin iclasda iştirakı barədə rəsmi olaraq məlumat verib".
Xatırladaq ki, Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında İsrail və HƏMAS arasında atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi, eləcə də Qəzza zolağının yenidən qurulması üçün vəsait toplama mexanizmlərinin müzakirəsi planlaşdırılır.
Bu gün