09 fevral

İlon Mask Ayda və Marsda şəhərlərin salınmasını vəd edib

Amerikalı sahibkar İlon Mask bildirib ki, SpaceX yaxın onilliklərdə Ayda və Marsda şəhərlərin salınmasını planlaşdırır.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, ilkin mərhələdə əsas diqqət Ayda özünü təmin edən yaşayış məntəqəsinin yaradılmasına yönəldiləcək.

Mask qeyd edib ki, texniki imkanlar bu layihələrin reallaşdırılmasına şərait yaradır. Onun açıqlamasına əsasən, Ayda özünü təmin edən şəhərin 10 ildən az müddətdə mümkün olacağı istisna edilmir. Marsda şəhər salınması isə 5–7 il ərzində hədəflənir.

Sahibkarın sözlərinə görə, Marsa uçuşlar 26 aydan bir həyata keçirilə bilər və səyahət müddəti təxminən 6 ay çəkəcək. Aya uçuşların isə 10 gündən bir, səyahət müddətinin isə təxminən 2 gün olması mümkün sayılır.

İlon Mask bu fikirləri X sosial şəbəkəsindəki hesabında paylaşıb və layihələrin texniki baxımdan real olduğunu vurğulayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?