Bu gün

Millət vəkili: Qarabağ separatçılarının liderlərinə qarşı çıxarılan hökm ədalətin zəfəridir - MÜSAHİBƏ

Bakı Hərbi Məhkəməsinin Qarabağ separatçılarının liderlərinə qarşı çıxardığı hökm ədalətin zəfərini sübut edir.

Bu barədə tehlil.az saytına açıqlamasında Milli Məclisin deputatı və siyasi analitik Rasim Musabəyov deyib.

“Sadəcə deyə bilərəm ki, ədalət qalib gəlir. Bu şəxslər bir milyondan çox insanın evlərini tərk etmək və əmlaklarını itirmək məcburiyyətində qalmasında məsuliyyət daşıyırlar. Hər iki tərəfdən ən azı 50.000 nəfər həlak olub və ya yaralanıb.

Axı, bunun üçün kimsə məsuliyyət daşımalıdır. İlk növbədə, bu dəhşətli cinayəti təşkil edənlər məsuliyyətə cəlb olunmalıdır. Buna görə də, onlarla bağlı qərar ədalətli şəkildə verildi. Bizdə bir insanın həyatına son qoyan ölüm hökmü yoxdur, amma bu şəxslər minlərlə insanın həyatını və yaxınlarını itirməsində günahkar olanlardır. Buna görə də qərar ədalətlidir”, - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, fransızlar və onları hərbi əsir adlandıran digər şəxslər nə deyirlərsə desinlər, Bakıda ədalətli məhkəmə qarşısına çıxanlar cinayətkardırlar və cinayətlərinə görə qanuni şəkildə cəzalandırılmalıdırlar.

“Başqa bir məsələ, onlara verilən ömürlük həbs cəzasını həqiqətən çəkib-çəkməyəcəkləridir. Çünki 65 yaşına çatmış insanlar üçün 20 illik həbs cəzası praktik olaraq ömürlük həbs cəzası deməkdir.

Onların bir şansı var. Və bu şans günahını etiraf etmək, tövbə etmək və Azərbaycan Prezidentindən bağışlanma diləmək.

Amma əgər onlar qəhrəman kimi davranırlarsa, düzgün iş gördüklərini, döyüşdüklərini deyirlərsə, bu o deməkdir ki, ağlı başlarına gələnə qədər həbsdə qalacaqlar”, - Musabəyov qeyd edib.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?