Bu gün

Vensin Azərbaycan və Ermənistana səfər tarixi açıqlanıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək, fevralın 10-da isə Azərbaycana gəlməsi gözlənilir.

Təhlil.az xəbər verir ki, ABŞ vitse-prezidentinin Ermənistana səfərinə hazırlıq məqsədilə ABŞ-dən nümayəndə heyəti artıq İrəvana gəlib və ölkədə təxminən iki həftə qalacaq.

Məlumata əsasən, amerikalı nümayəndə heyəti İrəvandakı Armenia Marriott Hotel hotellərindən birində yerləşib və təhlükəsizlik-logistika məsələləri üzrə hazırlıq işləri aparır.

Qeyd olunur ki, Cey Di Vensin Cənubi Qafqaz səfəri 2026-cı il Qış Olimpiya Oyunlarının İtaliyada keçiriləcək açılış mərasimindən sonra baş tutacaq.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, vitse-prezidentin səfəri regional sülh təşəbbüslərinin möhkəmləndirilməsinə xidmət edəcək və Vaşinqtonun irəli sürdüyü “Tramp marşrutu”nun inkişafına töhfə verəcək.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?