Bu gün

Sabah 26-cı Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Fevralın 6-da İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək 25-ci Qış Olimpiya Oyunlarının açılış mərasimi baş tutacaq və oyunlar fevralın 22-dək davam edəcək. 

Təhlil.az xəbər verir ki, açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da Milanın "San Siro" stadionunda keçiriləcək və "Armoniya" mövzusu altında inklüzivlik və innovasiyalar diqqət mərkəzində olacaq.

Olimpiadada 92 ölkədən 2900-ə yaxın idmançı biatlon, xizək, fiqurlu konkisürmə kimi 8 növdə 116 medal uğrunda yarışacaq.

Azərbaycan bu yarışlarda 2 idmançı ilə təmsil olunur. Bu, ölkəmizin qış olimpiadalarındakı səkkizinci iştirakıdır. Vladimir Litvintsev fiqurlu konkisürmə, Anastasiya Papatoma isə dağ xizəyi (slalom) üzrə mübarizə aparacaq. 

Azərbaycan idmançılarının ilk çıxışı fevralın 10-da Vladimir Litvintsevin fiqurlu konkisürmə üzrə proqramında olacaq.

Qeyd edək ki, mötəbər turnir artıq fevralın 4-də start götürüb.

Səbahəddin Qurbanov

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?