Bu gün

Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşı "persona non-qrata" elan edilib

Rusiya Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşını "persona non-qrata" elan edib və ölkədən çıxarır. Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyində (XİN) bildirilib.

"Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rusiya XİN-ə çağırılıb. Alman tərəfinə 2026-cı il yanvarın 22-də Almaniya hökumətinin Rusiyanın Almaniyadakı səfirliyinin əməkdaşını "persona non-qrata" elan etmək qərarı ilə əlaqədar qəti etiraz bildirib", - məlumatda qeyd olunub.

XİN-dən bildirilib ki, Rusiya Almanyadakı əməkdaşına qarşı ittihamları qəti şəkildə rədd edir.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?