Bu gün
Zelenski: "Şəxsi təhlükəsizliyimə təhdid daimi reallığa çevrilib"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ona qarşı dəfələrlə sui-qəsd cəhdləri edib və şəxsi təhlükəsizliyinə təhdid artıq onun üçün daimi reallıqdır.
Təhlil.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, müharibənin ilk dövrlərində qorxu daha güclü olub, lakin zaman keçdikcə o, daimi təhlükə şəraitində yaşamağa alışıb.
Ukrayna kəşfiyyat orqanlarının məlumatına əsasən, 2024-cü il ərzində Zelenskiyə qarşı təxminən on sui-qəsd cəhdi qeydə alınıb. Bildirilib ki, Ukraynanın ali dövlət rəhbərliyinin digər üzvləri də oxşar təhlükələrlə üzləşiblər.
Dünən