Rusiya rəsmisi: "Ermənistan Aİ ilə Aİİ arasında seçim etməli olacaq"

Ermənistan son nəticədə Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq.
Təhlil.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk açıqlamasında deyib.
O vurğulayıb ki, eyni vaxtda iki inteqrasiya birliyində iştirak etmək mümkün deyil və rəsmi İrəvan strateji qərar qarşısında qalacaq.
Rusiya rəsmisinin sözlərinə görə, Avropa İttifaqı hazırda klassik iqtisadi blokdan daha çox hərbi-siyasi ittifaqa çevrilir.
O qeyd edib ki, Rusiya bu prosesi Moskvaya qarşı “aqressiv istiqamətlənmiş” transformasiya kimi qiymətləndirir.
Aleksey Overçuk hesab edir ki, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında qalması, həm də Avropa İttifaqı ilə dərin inteqrasiyaya getməsi praktiki baxımdan mümkün deyil. Bu səbəbdən Ermənistan rəhbərliyinin və cəmiyyətinin yaxın perspektivdə ölkənin geosiyasi və iqtisadi kursu ilə bağlı aydın seçim etməsinin zəruri olduğunu bildirib.