Gürcüstan Parlamentinin spikeri: Belə getsə, Avropa İttifaqının yalnız adında Avropa olacaq

Əgər Brüssel kursunu radikal şəkildə dəyişməsə, Avropa İttifaqının yalnız adında Avropa olacaq, ideyalarında, dəyərlərində və məzmununda isə olmayacaq.
Təhlil.az xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Spiker həmçinin xatırladıb ki, 4 oktyabrda müxalifət Tbilisidə minlərlə insanı toplayaraq prezident sarayına hücum etməyə çalışmışdı və bu gün həmin hadisədən düz dörd ay keçib.
Papuaşvili qeyd edib ki, həmin müddət ərzində aydın olub ki, Brüssel prezident sarayına edilən hücumu qınamayıb.
O əlavə edib ki, 4 oktyabr hadisəsini, nəticədə 20-dən çox polis əməkdaşının xəsarət almasını, yalnız “hasarın işi” kimi təqdim etməyə çalışırlar – söhbət mitinq iştirakçılarının sındırdığı sarayın önündəki hasardan gedir. Bu cür izahatı isə Avropa İttifaqının büdcəsi ilə maliyyələşən QHT “International Transparency – Georgia” verir.