04 fevral
ABŞ Venesuelaya ilk neft tədarükü üzrə 500 milyon dollar ödəyib

ABŞ Venesuela hökumətinə ilk neft tədarükü üzrə qalan məbləği tam həcmdə köçürüb.
Təhlil.az xəbər verir ki, ödənişin ümumi məbləği 500 milyon dollar təşkil edib.
Məlumata əsasən, bu addım ötən ay ABŞ və Venesuela arasında əldə olunmuş yeni razılaşma çərçivəsində mümkün olub. Razılaşmaya görə, Venesuela ABŞ-yə neft tədarükünü davam etdirəcək, ABŞ isə bunun müqabilində bütün ödənişləri vaxtında və tam şəkildə həyata keçirəcək.
Mütəxəssislər qeyd edirlər ki, sözügedən razılaşma Venesuelanın iqtisadi vəziyyətinə müsbət təsir göstərə, ölkəyə xarici valyuta axınını artıra bilər. Eyni zamanda, bu müqavilə ABŞ üçün enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Dünən