Dünən
Tənbəllik irsi keçir - alimlərdən gözlənilməz nəticə

Çinli alimlər aşkar ediblər ki, fəaliyyətsizliyə meyilli insanlarda çox vaxt dofamin və serotonin istehsalında disbalans müşahidə olunur.
Təhlil.az xəbər verir ki, bu neyromediatorlar bizi aktiv fəaliyyətə və hədəflərə çatmağa motivasiya edən əsas maddələrdir.
Həmin xüsusiyyət 47% hallarda irsi olaraq ötürülür.
Beləliklə, əgər valideynlər işləri tez-tez sonraya saxlayıblarsa (prokrastinasiya), uşaqda da beynin analoji iş modeli formalaşa bilər.
Bu tədqiqat göstərir ki, bəzən "tənbəllik" adlandırdığımız hal əslində iradə zəifliyi deyil, birbaşa genetik və biokimyəvi bir prosesdir.
Dünən