04 fevral

İnsanabənzər robot tarix yazdı - VİDEO

Çində hazırlanan insanabənzər “Bolt” adlı robot eksperimental şəraitdə qaçış cığırında 10 metr/saniyə sürət yığaraq robototexnika tarixində diqqətçəkən nəticəyə imza atıb.

Təhlil.az xəbər verir ki, bu nailiyyət robotun istehsalçısı Hançjou Beynəlxalq Elmi‑Texnoloji İnnovasiya Mərkəzi tərəfindən açıqlanıb.

Mərkəz Çjetszyan Universiteti nəzdində fəaliyyət göstərir.

Robotun adının seçilməsi də təsadüfi deyil. “Bolt” adı 2009-cu ildə 100 metr məsafəni 9,58 saniyəyə qaçaraq dünya rekordu müəyyənləşdirən əfsanəvi sprinter Useyn Boltun şərəfinə verilib.

Sürət sınağı zamanı təhlükəsizlik ön planda tutulub: robot sığorta trosları ilə xüsusi çərçivəyə bərkidilib. Mütəxəssislər bildirir ki, bu rekord təkcə sürət göstəricisi deyil, eyni zamanda balans, mexaniki davamlılıq və real hərəkət koordinasiyası baxımından mühüm mərhələdir.

Qısası, qaçış cığırında bu dəfə təkcə idman deyil, robotika da rekord qırdı.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?