04 fevral

Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib - FOTOLAR

Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib.

Təhlil.az xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır.

Məscidin tikinti işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni anda ibadət edə bilər.

Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran oxunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?