Bu gün
Peskov: Rusiya Hindistandan Rusiya neftini almaqdan imtina etməsi barədə rəsmi mesaj almayıb

Rusiya Hindistandan Rusiya neftini almaqdan imtina etməsi barədə heç bir rəsmi mesaj almayıb.
Təhlil.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Moskva ABŞ Prezidenti Donald Trampın bəyanatlarını diqqətlə izləyir və təhlil edir.
Kreml ABŞ-Hindistan münasibətlərinə hörmətlə yanaşdığını, eyni zamanda Rusiya-Hindistan strateji tərəfdaşlığını çox vacib hesab etdiyini vurğulayıb. Peskov qeyd edib ki, indiyədək Yeni Dehlidən bu mövzuda heç bir rəsmi açıqlama eşidilməyib.
Qeyd edək ki, Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra Yeni Dehlinin Rusiya neftindən imtina edərək ABŞ və ehtimal ki, Venesuela neftini almağa üstünlük verəcəyini iddia edib.
Bu gün