Bu gün

ABŞ-nin mümkün hücumu halında İran İsrail ərazisini də qanuni hədəf hesab edəcək

ABŞ Prezidenti Donald Tramp hazırda İranla danışıqlar apardıqlarını bildirib:

“Razılığa gələ bilsək, bu, əla olardı. Əgər bunu bacarmasaq, çox güman ki, pis şeylər baş verəcək".

Təhlil.az xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, İran istiqamətində iri hərbi gəmilər irəliləyir. Bu fonda İranın ali liderinin müşaviri Əli Şamxani bildirib ki, Vaşinqton güzəştlər edərsə, Tehran uranın zənginləşdirilmə səviyyəsini 60%-dən 20%-ə endirə bilər. Şamxani vurğulayıb ki, yüksək zənginləşdirilmiş uran isə ölkədən çıxarılmayacaq.

O, həmçinin qeyd edib ki, ABŞ-nin mümkün hücumu halında İran İsrail ərazisini də qanuni hədəf hesab edəcək, çünki bu ölkələr “vahid şəkildə hərəkət edir”.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?