Ərdoğan bu gün Səudiyyə Ərəbistanına etdiyi səfərdən sonra Misirə yollanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına etdiyi səfərdən sonra Misirə yollanacaq. O, fevralın 4-də Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüş keçirəcək. Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Duran məlumat verib. Onun sözlərinə görə, görüş zamanı Türkiyə və Misir arasında ikitərəfli gündəliyin əsas məsələləri ilə yanaşı, regional və beynəlxalq proseslər müzakirə olunacaq. Xüsusilə Qəzza zolağında mövcud vəziyyət diqqət mərkəzində olacaq.
Bundan əlavə, Fahrettin Duran bildirib ki, səfər çərçivəsində Türkiyə Prezidentinin Türkiyə–Misir Strateji Əməkdaşlıq üzrə Yüksək Səviyyəli Şuranın ikinci iclasında, eləcə də Türkiyə–Misir biznes forumunda iştirakı gözlənilir.