Bu gün
Pezeşkian: Tehran-Vaşinqton danışıqları İranın milli maraqları çərçivəsində aparılmalıdır

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə mümkün danışıqlar təhdidsiz, ədalətli və bərabərhüquqlu formatda, İranın milli maraqları nəzərə alınmaqla aparılmalıdır. Təhlil.az xəbər verir ki, o, xarici işlər naziri Abbas Əraqçiyə uyğun şərait yaranacağı halda bu prinsiplər əsasında danışıqlar aparmaq tapşırığı verdiyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və İran XİN rəhbəri Abbas Əraqçinin fevralın 6-da İstanbulda mümkün nüvə razılaşmasını müzakirə edə biləcəyi barədə məlumat yayılıb.
Bu gün