Dünən

Yunanıstan Hindistanı üçtərəfli alyansa qoşulmağa dəvət edib

Yunanıstan rəsmi olaraq Hindistanı Kipr və İsraillə müdafiə sahəsində üçtərəfli alyansa qoşulmağa dəvət edib. Təhlil.az xəbər verir ki, bu alyans ötən ilin dekabrında Şərqi Aralıq dənizində təhlükəsizlik təhdidləri fonunda yaradılıb və əsasən dəniz müdafiəsi, enerji resurslarının kəşfi və birgə hərbi təlimlər üzərində fokuslanır. Üç ölkə artıq kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir və bölgədə strateji hərəkətləri koordinasiya edirlər.
Mənbəyə görə, Hindistanın alyansa qoşulması bu bloku strateji hərbi ittifaqa çevirəcək və onu Türkiyə ilə Pakistan və Səudiyyə Ərəbistanının artan əməkdaşlığına qarşı dayana bilən gücə çevirəcək. Bu əməkdaşlıq bəzən “İslam NATO-su” kimi də adlandırılır.
Qeyd olunur ki, alyansın yaradılması Yunanıstan, Kipr və İsrailin Şərqi Aralıq dənizində iri qaz yataqlarının işlənməsi ilə bağlı Türkiyə ilə münasibətlərinin gərginləşməsindən sonra sürətlənib.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?