31 yanvar
2028-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı - PROQNOZ

Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədər ümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı yenilənmiş proqnozlarını dərc edib.
Təhlil.az xəbər verir ki, bu barədə Niderlandın ING bank qrupunun hesabatında deyilir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə illik ÜDM artımı 2,5 faiz təşkil edəcək, 2027-ci ildə isə artımın 3 faizə qədər sürətlənəcəyi gözlənilir.
2026-cı il rüblər üzrə proqnozlar belədir: birinci rübdə ÜDM artımı 3 faiz, ikinci rübdə 2 faiz, üçüncü rübdə 4 faiz, dördüncü rübdə isə 1 faiz səviyyəsində olacaq.
2027-ci ildə dinamika aşağıdakı kimi proqnozlaşdırılır: birinci rübdə artım 4 faiz, ikinci rübdə 1,5 faiz, üçüncü rübdə 2,5 faiz, dördüncü rübdə isə 4 faiz təşkil edəcək.
31 yanvar
31 yanvar