Rusiya-Ukrayna müharibəsi başa çatır?

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Rusiya ilə Ukrayna arasında davam edən müharibənin başa çatdırılması üçün real imkanların mövcud olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, danışıqların perspektivlərini dəyərləndirən Tramp qeyd edib ki, tərəflər arasında sülhə nail olmaq çətin olsa da, ümidverici məqamlar var:
“Məncə, şans var. Biz çalışırıq. Mən səkkiz müharibəni bitirmişəm və onların hər biri mənə bu münaqişədən daha çətin görünürdü. Lakin Zelenski və Putin bir-birinə nifrət edir və bu, prosesi xeyli çətinləşdirir. Buna baxmayaraq, düşünürəm ki, biz sona yaxınlaşırıq”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton administrasiyası münaqişənin həlli üçün fəal səylərini davam etdirir. Onun sözlərinə görə, iki ölkə lideri arasındakı dərin şəxsi qarşıdurmaya baxmayaraq, tərəflər tədricən müharibənin yekun mərhələsinə yaxınlaşırlar.