30 yanvar

Britaniya qırıcıları İran təhlükəsinə qarşı Qətərdə yerləşdirildi

Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” qırıcıları İranın mümkün cavab addımlarına qarşı təhlükəsizlik tədbiri kimi Qətərdə yerləşdirilib.

Təhlil.az xəbər verir ki, bununla bağlı, "The Guardian" qəzeti Britaniya mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, qırıcıların yerləşdirilməsi Qətər hakimiyyətinin müraciəti əsasında həyata keçirilib və məqsəd regionda mümkün hərbi gərginlik zamanı ölkənin təhlükəsizliyinə dəstək verməkdir.

Məlumata görə, Britaniyanın ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatına birbaşa qoşulması ehtimalı az qiymətləndirilir. Bununla belə, İran tərəfindən cavab hücumu baş verərsə, Londonun Fars körfəzi ölkələrinin müdafiəsinə dəstək məqsədilə müdaxilə edə biləcəyi qeyd olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?