30 yanvar

ABŞ müharibə naziri: ABŞ-nin məqsədi düşmənlərin onlara baxışını yenidən formalaşdırmaqdır

ABŞ müharibə naziri Piter Heqset bildirib ki, ABŞ Silahlı Qüvvələri Prezident Donald Trampın İrana qarşı hər hansı əmrlərini yerinə yetirməyə hazırdır.

Təhlil.az-ın məlumatına görə, Heqset vurğulayıb ki, ABŞ-nin məqsədi düşmənlərin onlara baxışını yenidən formalaşdırmaqdır.

“Prezident Tramp İrana nüvə silahının əldə edilməsinə imkan verməyəcəyimizi söyləyəndə bunu ciddi şəkildə demişdi. Eyni yanaşma hazırda da İrana tətbiq olunur”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, ABŞ İranla münasibətlərdə hər hansı bir razılaşma əldə olunması üçün bütün variantları təmin edir və Tehran nüvə silahına malik olmamalıdır.

“Biz hər zaman hazırıq ki, prezidentin hərbi qurumdan gözlədiyi hər şeyi yerinə yetirək”, – deyə Heqset bildirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?