30 yanvar

Ötən il Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2025-ci ildə Gürcüstandan 39 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib. Təhlil.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib. Məlumata görə, ötən ilin I rübündə 4, II rübündə 16, III rübündə 7, IV rübündə isə 12 Azərbaycan vətəndaşı ölkədən çıxarılıb. 2024-cü illə müqayisədə deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı 32 nəfər və ya 45% azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 1 311 əcnəbi deportasiya olunub ki, bu da əvvəlki illə müqayisədə 3,6 dəfə çoxdur. Deportasiyaların ən çox qeydə alındığı dövr oktyabr–dekabr ayları olub – 460 nəfər.

Qeyd edək ki, Gürcüstanda 2024-cü il oktyabrın 1-dən qüvvəyə minən sərt miqrasiya qanunvericiliyinə əsasən, əcnəbilərin deportasiyası sadələşdirilmiş prosedur əsasında həyata keçirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?