30 yanvar

İran XİN rəhbəri Türkiyədə səfərdədir

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib.

Təhlil.az xəbər verir ki, Əraqçini daşıyan təyyarə İstanbul hava limanına enib.

Səfər çərçivəsində İran XİN rəhbəri Türkiyə rəsmiləri ilə ikitərəfli münasibətləri və regionda mövcud gərginliyi müzakirə edəcək.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Abbas Əraqçini qəbul edəcəyi gözlənilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?