30 yanvar

Lavrov: “3+3” formatında nazirlərin üçüncü görüşü planlaşdırılır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Azərbaycanla birlikdə “3+3” regional əməkdaşlıq formatında nazirlər səviyyəsində üçüncü görüşə hazırlıq görüldüyünü açıqlayıb.

Təhlil.az xəbər vrir ki, Lavrovun sözlərinə görə, Gürcüstanın da bu formatda iştirak etməsi arzuolunandır və Tbilisi üçün qapı açıq qalır.

“Türkiyə və Azərbaycanla birlikdə "3+3" formatının əsas üzvləri ilə nazirlər səviyyəsində artıq iki görüş keçirmişik. Hazırda üçüncü görüş hazırlanır. Gürcü qonşularımız hələlik iştirakdan yayınırlar, lakin biz hər zaman vurğulayırıq ki, onlar üçün qapı açıqdır”, – deyə Lavrov qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan üçüncü görüşün keçirilməsini fəal şəkildə dəstəkləyir və hazırda toplantının keçiriləcəyi məkan müəyyənləşdirilir. “Ümid edirəm ki, bu proses mümkün qədər tez yekunlaşacaq”. 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?