30 yanvar

Tramp: "Putinin vədini Ukrayna rəhbərliyi müsbət qarşılayıb"

Ukrayna rəhbərliyi əvvəlcə inanmamış kimi görünsə də, Rusiya prezidenti Vladimir Putinin Kiyev və digər Ukrayna şəhərlərini atəşə tutmamaqla bağlı verdiyi vəddən məmnun qalıb.

Təhlil.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Putin bu vədi ona şəxsən verib.

ABŞ prezidenti əlavə edib ki, hazırda Ukrayna üçün ən arzuolunmaz vəziyyət şəhər və yaşayış məntəqələrinə raket hücumlarının davam etməsidir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?