29 yanvar

Paşinyan: Ermənistanın Azərbaycanın enerji sisteminə qoşulması doğru olardı

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın enerji sistemlərinin inteqrasiyası hər iki tərəf üçün yeni imkanlar yarada bilər. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkədə mövcud olan elektrik enerjisi artıqlığı beynəlxalq bazarlara çıxış potensialı formalaşdırır. Bu çərçivədə Ermənistan Azərbaycanın enerji şəbəkəsi vasitəsilə tranzitdən istifadə edə, Azərbaycan isə Ermənistan şəbəkəsi üzərindən, o cümlədən Naxçıvana enerji ötürə bilər.
Paşinyan vurğulayıb ki, hətta Ermənistanın enerji ixracı baş tutmasa belə, ölkə tranzit xidmətlərindən gəlir əldə edə bilər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?