29 yanvar
Rusiya və Ukrayna arasında növbəti cəsəd mübadilə baş tutub

Ukrayna Koordinasiya Mərkəzindən bildirilib ki, Rusiya tərəfi Ukraynaya 1000 ukraynalı hərbçinin meyitini təhvil verib.
Təhlil.az xəbər verir ki, məlumatı həmçinin Rusiya Dövlət Dumasının hərbi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliev də təsdiqləyib. O əlavə edib ki, Ukraynadan isə Rusiyaya 38 meyit qaytarılıb.
Bu hadisə tərəflər arasında aparılan mübadilə prosesinin davamı kimi qiymətləndirilir.
Bu gün
Dünən