29 yanvar

ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinə yeni təchizatlar əlavə edib

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb. Məlumata görə, Birləşmiş Ştatların bölgədəki hərbi qüvvələrinə yeni təchizatlar əlavə olunub.

Təhlil.az xəbər verir ki, ABŞ bölgəyə raket sistemi ilə təchiz olunmuş bir destroyer göndərib, “RC-135V Rivet Joint” radio-elektron kəşfiyyat təyyarəsi bölgəyə yönəldilib və hava hücumundan müdafiə, kəşfiyyat sistemləri gücləndirilib

Hazırda ABŞ-nin CENTCOM məsuliyyət zonasında 10 döyüş gəmisi fəaliyyət göstərir. Ekspertlər hesab edir ki, bu addımlar ABŞ-nin regional təsirini qorumaq və potensial təhlükələrə qarşı hazırlıqlı olmaq məqsədinə xidmət edir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?