29 yanvar

ABŞ saxlanılan tankerlərdən birini ilk dəfə Venesuelaya qaytaracaq

ABŞ hakimiyyəti bu ayın əvvəlində saxlanılan tankerlərdən birini Venesuelaya təhvil verəcək.

Təhlil.az xəbər verir ki, söhbət yanvarın 7-də Karib dənizində beynəlxalq sularda saxlanılan “Sophia” adlı supertankerdən gedir.

Bu, ABŞ administrasiyasının saxladığı tankerlər arasında Venesuelaya geri qaytarılan ilk gəmi olacaq.

Qərarın hansı əsaslarla qəbul edildiyi açıqlanmayıb.

Qeyd olunur ki, tanker saxlanılarkən Panama bayrağı altında üzsə də, Ağ Evin mətbuat katibi Kerolayn Livitt gəminin heç bir ölkəyə məxsus olmadığını bildirmişdi.

Daha sonra Panama Dəniz Administrasiyası “Sophia” tankerinin 2025-ci ilin yanvarında milli gəmi reyestrindən çıxarıldığını açıqlayıb.

Xatırladaq ki, 2025-ci ilin dekabrından bu yana ABŞ hakimiyyəti ümumilikdə yeddi tankeri ələ keçirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?