29 yanvar
Balidə Nipah virusuna görə sanitar yoxlama gücləndirildi

Bali adasındakı Denpasar Beynəlxalq Hava Limanı Nipah virusunun mümkün yayılması ilə bağlı narahatlıqlar fonunda ölkəyə gələn sərnişinlər üçün yoxlamanı gücləndirib.
Təhlil.az xəbər verir ki, aeroportda bu məsələ ilə bağlı termal skanerlərin quraşdırıldığı qeyd olunur.
Vurğulanır ki, hava limanı administrasiyası İndoneziya Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Daha əvvəl Cakartadakı Sukarno-Hatta Beynəlxalq Hava Limanında da sanitar yoxlamanı gücləndirmək üçün tədbirlər görülüb.
İndoneziyanın sanitar xidmətinin məlumatına görə, Nipah virusunun yayılması ilə bağlı heç bir hal qeydə alınmayıb.
Bu gün
Dünən