29 yanvar

Azərbaycanda ad-soyad dəyişənlərin sayı açıqlandı: əsas səbəblər nədir?

Dekabrın 1-dən bu günədək ad, soyad və ata adını dəyişdirən şəxslərin sayı məlum olub.

Təhlil.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, 1 dekabr 2025-ci ildən indiyədək 476 nəfər barəsində adın, soyadın və ya ata adının dəyişdirilməsi ilə bağlı akt qeydi tərtib olunub.

Məlumata görə, adını və ya soyadını dəyişdirənlərdən 357 nəfəri qadın, 119 nəfəri isə kişi olub.

Nazirlikdən qeyd edilib ki, dəyişiklik üçün əsas səbəblər arasında ərizəçini tərbiyə edən şəxsin adı ilə ata adı daşımaq istəyi, adın pis səslənməsi, çətin tələffüz olunması, eləcə də digər şəxsi motivlər üstünlük təşkil edir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən 1 dekabr tarixinədək ümumilikdə 1206 nəfər adını və ya ata adını dəyişdirib. Onlardan 849-u qadın, 357-si kişi olub.

Yaş bölgüsünə nəzər saldıqda isə ad dəyişikliyinə ən çox gənclərin müraciət etdiyi görünür. Belə ki:

  • 710 nəfər 18–29 yaş,
  • 308 nəfər 30–39 yaş,
  • 107 nəfər 40–49 yaş,
  • 52 nəfər 50–59 yaş,
  • 29 nəfər isə 60 yaşdan yuxarı şəxslər olub.

Statistika göstərir ki, ad və ata adı dəyişikliklərinə maraq əsasən gənc yaş qruplarında daha yüksəkdir. (trend)

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?