29 yanvar

Rusiya və Ukrayna arasında ikitərəfli görüş keçiriləcək

Rusiya və Ukrayna fevralın 1-də Əbu-Dabidə Ukrayna üzrə danışıqları ikitərəfli formatda davam etdirəcək.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, ötən həftə BƏƏ-də uzun fasilədən sonra ABŞ-nin iştirakı ilə üçtərəfli görüş baş tutub.

Növbəti mərhələdə isə danışıqlar yalnız Rusiya və Ukrayna arasında keçiriləcək, ABŞ nümayəndələri - Stiven Uitkoff və Cared Kuşner bu mərhələdə iştirak etməyəcək.

Bununla belə, ehtiyac yaranacağı halda ABŞ tərəfinin yenidən prosesə qoşulması istisna olunmur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?