28 yanvar
Mirzoyan: Ermənistan regionda uzunmüddətli sülh və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır

Ermənistan Türkiyə ilə münasibətlərin tam şəkildə normallaşdırılmasına sadiqdir. Təhlil.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bu istiqamətdə müəyyən irəliləyiş artıq mövcuddur. O vurğulayıb ki, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və dəmir yolu əlaqəsinin bərpası regional sabitliyin və rifahın möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Mirzoyan qeyd edib ki, Ermənistan regionda uzunmüddətli sülh və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır.
Bu gün
Dünən