Viktor Orban: Macarıstan Ukraynaya pul göndərməyəcək

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ölkəsi Ukraynaya pul göndərməyəcək. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, bu vəsait “ukraynalı oliqarxın vanna otağında olmaqdansa, macar ailələrində qalmalıdır”.
Orban həmçinin vurğulayıb ki, Macarıstan Rusiya nefti və qazının idxalına qadağa qoyulmasına icazə verməyəcək. Onun fikrincə, bu resurslar olmadan kommunal xərclərin azaldılması və macar ailələri üçün əlçatan enerji təmin etmək mümkün deyil.
Baş nazir əlavə edib ki, Ukraynanın iki il ərzində Avropa İttifaqına qəbul olunmasına da imkan verməyəcəklər. Orban bunu Aİ qanunlarının pozulması kimi qiymətləndirərək bildirib ki, belə bir addım müharibəni birbaşa Avropaya gətirə bilər.
“Macarıstanın gələcəyini macar xalqı özü müəyyən edəcək”, – deyə Viktor Orban qeyd edib.