İncəsənət əsərləri və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək

İncəsənət əsərlərinin, kolleksiya predmetlərinin və əntiq əşyaların Azərbaycan Respublikasına idxalı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Təhlil.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən görülən işlər və göstərilən xidmətlər, eləcə də müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında ölkəyə idxal edilən mallar 2025-ci il sentyabrın 1-dən etibarən bir il müddətinə ƏDV-dən azad olunacaq.
Qeyd edilib ki, bu güzəşt WUF13 tədbirinin təşkili və keçirilməsi çərçivəsində idxal edilən incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq predmetlərini əhatə edəcək.