28 yanvar
Ərdoğan Trampla telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Təhlil.az xəbər verir ki, söhbət zamanı tərəflər Türkiyə–ABŞ ikitərəfli münasibətlərini, Suriyadakı vəziyyəti, Qəzza üzrə “Sülh Şurası”nın fəaliyyətini, ticarət və iqtisadi əməkdaşlığı, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan qeyd edib ki, Türkiyə ABŞ ilə əməkdaşlığı gücləndirməyə davam edəcək və münasibətlərin bütün sahələr üzrə inkişafı hər iki ölkənin maraqlarına cavab verir.
Bu gün
Dünən