Dünən
İtaliyanın Tehrandakı səfiri Paola Amadei İran Xarici İşlər Nazirliyinə çağırılıb

Təhlil.az xəbər verir ki, buna səbəb İtaliyanın xarici işlər naziri Antonio Tacaninin İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) terrorçu təşkilatlar siyahısına daxil edilməsi ilə bağlı açıqlamasıdır.
Təhlil.az xəbər verir ki, İran XİN-in Qərbi Avropa İdarəsinin rəisi c görüş zamanı İtaliya xarici işlər nazirinin mövqeyini "məsuliyyətsiz" adlandırıb.
O, SEPAH-ın İran Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu deyərək quruma qarşı cəhdlərin təhlükəli nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edib.
İran tərəfi İtaliya hökumətini Tehrana qarşı “düşünülməmiş yanaşma”nı dəyişməyə çağırıb. Rəsmi Tehran SEPAH-ın terror təşkilatı kimi tanınması təşəbbüslərini qəbuledilməz hesab etdiyini bir daha vurğulayıb.