Dünən
FTX-yə rusların internet və telefon xidmətlərini kəsmək hüququ veriləcək

Rusiya hökuməti Federal Təhlükəsizlik Xidmətinin Rusiyada rabitəni bağlamaq səlahiyyətlərinin genişləndirilməsini təklif edib.
Təhlil.az xəbər verir ki, Dövlət Duması müvafiq düzəlişləri yanvarın 27-də nəzərdən keçirəcək. Sənədə əsasən, FTX-yə yalnız mobil deyil, həm də stasionar interneti, eləcə də telefon və digər rabitəni müvəqqəti olaraq kəsmək hüququ veriləcək.
Rabitənin kəsilməsinin əsası "vətəndaşların və dövlətin təhlükəsizlik təhdidlərindən qorunması" olacaq.
Rabitə provayderləri xidmətin əmrinə əməl edəcək və bu cür kəsintilərə görə müştərilər qarşısında maliyyə məsuliyyətindən azad olacaqlar.