Dünən

Hindistan və Avropa İttifaqı azad ticarət sazişi imzalayıb

Hindistanın Baş naziri Narendra Modi ölkəsinin Avropa İttifaqı ilə azad ticarət sazişi imzaladığını açıqlayıb. Təhlil.az xəbər verir ki, məlumata görə, saziş təxminən 20 il davam edən danışıqların yekunu olaraq əldə olunub. Razılaşma Hindistan bazarının 27 üzvü olan Avropa İttifaqına açılmasını nəzərdə tutur. Qeyd olunur ki, Avropa İttifaqı hazırda Hindistanın ən böyük ticarət tərəfdaşıdır.

2024–2025 maliyyə ilində Hindistan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 136,5 milyard dollar təşkil edib.

“Reuters” agentliyi yazır ki, tərəflər bu addımla ABŞ ilə qeyri-sabit ticarət münasibətlərindən qaynaqlanan risklərdən sığortalanmağa çalışırlar. ABŞ-nin Maliyyə naziri Skott Bessent sazişi tənqid edərək bildirib ki, Vaşinqton Hindistana tariflər tətbiq etdiyi bir vaxtda, Avropa İttifaqı bu ölkə ilə azad ticarət razılaşması imzalayıb.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?