Dünən

İsrail XİN rəhbəri: Yaxın Şərqdə İranın peykləri ləğv edilməlidir

Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah” və Yəməndə husilər ləğv olunmalıdır. Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanada qazaxıstanlı həmkarı Ermek Koşerbayevlə görüşündə bildirib.

Gideon Saarın qeyd edib ki, İsrail ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planını dəstəkləyir və onun icrasının tərəfdarıdır. XİN başçısı bildirib ki, HƏMAS tərksilah edilməli, Qəzza zolağı demilitarizasiya olunmalıdır. Onun fikrincə, bu addımlar həm İsrailin təhlükəsizliyi, həm də Qəzzanın gələcəyi üçün zəruridir.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?