Dünən

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxıb

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxılışı həyata keçirib. Təhlil.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb. Məlumata görə, Şimali Koreya ərazisindən buraxılan raketlər artıq dənizə düşüb. Yaponiya Sahil Mühafizəsi bölgədə olan gəmilərə xəbərdarlıq edərək, raket qalıqları aşkar edildiyi halda onlara yaxınlaşmamağı və dərhal aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi də raket buraxılışını təsdiqləyib. “Kyodo” agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Şimali Koreya bir neçə ballistik raket buraxıb və raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda dənizə düşüb.

Yaponiya Müdafiə Nazirliyi bildirib ki, bu, Şimali Koreyanın 2026-cı il ərzində ikinci raket buraxılışıdır.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?