Dünən
Moskvada güclü qar yağıb, nəqliyyatın hərəkəti iflic olub

Şəkil: İZVESTİA
Moskva şəhərində güclü qar yağıb. Təhlil.az xəbər verir ki, Kaluqa şossesi istiqamətində iri tıxaclar yarandığı üçün sərnişinlər avtobusları tərk edərək qarın içi ilə piyada hərəkət etməyə məcbur qalıblar. Şəhər üzrə çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınıb. Moskva Nəqliyyat Departamenti sakinləri şəxsi avtomobillərdən müvəqqəti imtina etməyə və metrodan istifadə etməyə çağırıb.
Səhər saatlarından etibarən tıxac səviyyəsi 9 bala çatıb, ictimai nəqliyyat dayanacaqlarında uzun növbələr yaranıb. Sinoptiklərin məlumatına görə, iki gün ərzində aylıq normanın yarıdan çoxu qədər yağıntı gözlənilir, yollarda görünüş demək olar ki, sıfra enəcək. Şəhərdə narıncı xəbərdarlıq edilib.